Yuxarı
    Bağlamaq

    Sabah havanın temperaturu 41 dərəcəyədək artacaq

    Dinlə
    Azərbaycanda gözlənilən hava şəraiti açqılanıb

    Bakı. 27 iyun. REPORT.AZ/ Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açqılanıb. 

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 28-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 33-38, Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 30-35 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində sabah şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

    Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

    Havanın temperaturunun gecə 19-24, gündüz 36-41, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

    Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 28-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti, gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi