Sabah hava buludlu olacaq, bölgələrə yağış yağacaq

Sabah hava buludlu olacaq, bölgələrə yağış yağacaq Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya
26 Aprel , 2020 13:17
Sabah hava buludlu olacaq, bölgələrə yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a bildirilib ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 17-20, Bakıda gecə 10-12, gündüz 17-19 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Aprelin 27-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi