Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ Milli Hidrometeorologiya Xidməti yanvarın 23-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Xaçm
Ekologiya
22 Yanvar , 2025 14:53
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah Bakı və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.

Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb.

Belə ki, Bakı və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Xaçmaz, Xınalıq, Qusar, Neftçala, Şamaxı, Qobustanda cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

Eyni zamanda Şabran, Siyəzən, Xızı, Altıağacda cənub-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək ki, bu da narıncı xəbərdarlığa uyğun gəlir.

Son xəbərlər

Orphus sistemi