Sabah bəzi yerlərdə yağış yağacaq

Sabah bəzi yerlərdə yağış yağacaq Yanvarın 12-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.
Ekologiya
11 Yanvar , 2020 12:27
Sabah bəzi yerlərdə yağış yağacaq

Yanvarın 12-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 763 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. 

Son xəbərlər

Orphus sistemi