Yuxarı

Sabah Bakıda yağış yağacaq

Azərbaycan rayonlarında isə qar yağacağı gözlənilir

Bakı. 16 yanvar. REPORT.AZ/ Yanvarın 17-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin "Report"a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu və arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1-3, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 17-18-də hava şəraitinin nisbətən qeyri-sabit keçəcəyi, arabir güclənən xəzri küləyi fonunda temperaturun ötən günlərlə müqayisədə bir qədər aşağı düşəcəyi, rütubətliliyin artacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi