Yuxarı

Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq

Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq

Abşeronda gecə 6-8, gündüz 10-13, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də səhər bəzi yerlərdə zəif duman olacaq, gün ərzində arabir yağış yağacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, yarımadada və paytaxtda mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 6-8, gündüz 10-13, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq. 

Azərbaycanın rayonlarında sabah səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Şərq küləyi arabir güclənəcək. 

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi