Sabah Bakıda yağış, bəzi rayonlarda dolu yağacaq

Sabah Bakıda yağış, bəzi rayonlarda dolu yağacaq Bakıda gündüz 23-25 dərəcə isti olacaq
Ekologiya
1 İyun , 2016 12:29
Sabah Bakıda yağış, bəzi rayonlarda dolu yağacaq

Bakı. 1 iyun. REPORT.AZ/ Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, gün ərzində paytaxt və yarımadada arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə isə intensiv olmaq ehtimalı var.

Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-19, gündüz 21-26 dərəcə isti, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756, nisbi rütubət 75-85 dərəcə olacaq.

İyunun 2-də Azərbaycan rayonlarında əsasən şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 14-19, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi