Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq Bakıda 9-11 dərəcə isti olacaq
Ekologiya
28 Mart , 2016 11:34
Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq

Bakı. 28 mart. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında martın 29-da fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən (MHD) "Report"a verilən məlumata görə, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 8-12, Bakıda isə gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah arabir yağış yağacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda isə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isiti, gündüz 3-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, martın 29-30-da Abşeron yarımadasında küləkli və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Son xəbərlər

Orphus sistemi