Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq Azərbaycan rayonlarında sulu qar, qar yağacağı gözlənilir
Ekologiya
22 Yanvar , 2016 13:20
Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq

Bakı. 22 yanvar. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Əsən mülayim cənub-qərb küləyi gecədən arabir güclənəcək şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 7-10, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında yanvarın 23-də hava şəraiti əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru yağış, dağlıq  ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza əsasən, yanvarın 25-26-da Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun xeyli enməsi, yağıntılı hava şəraiti və çovğun ehtimalı əksər əhali üçün çox əlverişsizdir.

Son xəbərlər

Orphus sistemi