Yuxarı

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq

Havanın temperaturu enəcək

Bakı. 13 aprel. REPORT.AZ/ Aprelin 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, gecə və səhər paytaxt və yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 15-20, Bakıda gecə 7-9, gündüz 17-19 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi