Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq Abşeron yarımadasında 13, Bakıda 12 dərəcə isti olacağı gözlənilir
Ekologiya
11 Mart , 2016 12:24
Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq

Bakı. 11 mart. REPORT.AZ/ Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 12-də arabir yağış yağacağı bildirilir. Gecə yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlədə duman olacağı gözlənilir.

Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza əsasən, martın 12-13-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, ayın 14-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi narahatlıq hissi yarada bilər.

Son xəbərlər

Orphus sistemi