Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq Bakıda 8 dərəcə isti olacaq
Ekologiya
9 Fevral , 2016 12:17
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq

Bakı. 9 fevral. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında fevralın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, axşam buludluluğun artacağı, bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında fevralın 10-da hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerdə duman olacaq, dağlıq ərazilərdə isə yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 0-3 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Son xəbərlər

Orphus sistemi