​Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq

​Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq Mülayim şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq
Ekologiya
3 Aprel , 2016 11:56
​Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq

Bakı. 3 aprel. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, mülayim şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-7° isti, gündüz 9-13° isti olacağı ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4° isti, gündüz 5-10° isti olacağı ehtimalı var.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-5° şaxta, gündüz 0-3° şaxta olacağı ehtimalı var.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-8° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-6° isti, gündüz 6-10° isti olacağı ehtimalı var.

Son xəbərlər

Orphus sistemi