Yuxarı
    Bağlamaq

    ​Sabah Bakıda və Abşeron yarımadasında 27-30 dərəcə isti olacaq

    Çimərliklərdə suyun hərarətinin 25 dərəcəyədək isti olacağı gözlənilir

    Bakı. 24 iyul. REPORT.AZ/ İyulun 25-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.

    Gecə şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi axşam arabir güclənəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, havanın temperaturu gecə 20-24° isti, gündüz 27-30° isti, Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

    Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

    Bölgələrdə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi