Yuxarı
    Bağlamaq

    Sabah Bakıda sulu qar yağacaq

    Bəzi rayonlarda qar yağması gözlənilir

    Bakı. 18 fevral. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında fevralın 19-da arabir yağış yağacağı gözlənilir, gecə bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, paytaxt və yarımadada arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3, gündüz 4-7 dərəcə, Bakıda isə gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq.

    Azərbaycan rayonlarında sabah hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8-12 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi