Sabah Azərbaycan ərazisində hava şəraiti küləkli olacaq

Sabah Azərbaycan ərazisində hava şəraiti küləkli olacaq Bakıda əsən şimal-qərb küləyi axşama doğru güclənəcək
Ekologiya
7 Dekabr , 2015 12:55
Sabah Azərbaycan ərazisində hava şəraiti küləkli olacaq

Bakı. 7 dekabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən xəbərə görə, paytaxtda mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 9-11, Bakıda gecə 1-3, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Axşam şimal və şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-10 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi