Yuxarı

Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Havanın temperaturu 3-5° aşağı enəcək

Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, noyabrın 8-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

ETSN xəbərdarlıq edir ki, noyabrın 8-i axşam, 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 3-5° aşağı enəcək.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 8-i axşam və 9-da Abşeron yarımadasında yağışlı hava şəraiti, arabir güclənən xəzri küləyi və havanın temperaturunun bir qədər enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi