Sabah Bakıda hava yağmursuz keçəcək

Sabah Bakıda hava yağmursuz keçəcək Paytaxtda gecə 0-2 dərəcə şaxta, gündüz 6-8 dərəcə isti olacaq
Ekologiya
5 Yanvar , 2016 12:30
Sabah Bakıda hava yağmursuz keçəcək

Bakı. 5 yanvar. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə Abşeron yarımadasında 0-3 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında yanvarın 6-da hava şəraitinin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 6-8-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Son xəbərlər

Orphus sistemi