Sabah Bakıda hava dəyişkən buludlu və küləkli olacaq

Sabah Bakıda hava dəyişkən buludlu və küləkli olacaq Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə 16 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz zəif şimal-şərq küləy
Ekologiya
15 Avqust , 2020 13:24
Sabah Bakıda hava dəyişkən buludlu və küləkli olacaq

Avqustun 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz zəif şimal-şərq küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-22,  gündüz  27-29, Bakıda  gecə 20-22, gündüz  27-29 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45  faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz zəif şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

Avqustun 16-da Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər dağlarda duman olacaq.  Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 28-32, dağlarda gecə 9-13, gündüz  14-18 dərəcə  isti olacaq.

Son xəbərlər

Orphus sistemi