Sabah Bakıda güclü külək olacaq

Sabah Bakıda güclü külək olacaq Azərbaycan rayonlarında qərb küləyi əsəcək, ayrı-ayrı yerlədə gündüz arabir güclənəcək
Ekologiya
10 İyul , 2015 13:10
Sabah Bakıda güclü külək olacaq

Bakı. 10 iyul. REPORT.AZ/ İyulun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. 

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

O bildirib ki, sabah paytaxtda küləkli hava şəraiti müşahidə olunacaq, şimal-qərb küləyi səhər və gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 29-34 dərəcə isti olacaq.

İyulun 11-də Abşeron yarımadasında əsəcək xəzri küləyi meteohəssas insanlar üçün müsbət amildir. Bununla yanaşı iyulun 11 və 13-də günün bəzi saatlarında havadakı rütubətin artması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlədə gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi