Sabah Bakıda 8 dərəcə isti olacaq

Sabah Bakıda 8 dərəcə isti olacaq Azərbaycan rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək
Ekologiya
23 Fevral , 2015 12:17
Sabah Bakıda 8 dərəcə isti olacaq

Bakı. 23 fevral. REPORT.AZ/ Fevralın 24-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a deyib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 6-8 dərəcə isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Sabah Azərbaycan rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi