Sabah Bakıda 36 dərəcə isti olacaq

Sabah Bakıda 36 dərəcə isti olacaq Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya
9 İyul , 2015 12:31
Sabah Bakıda 36 dərəcə isti olacaq

Bakı. 9 iyul. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, iyulun 10-da paytaxtda mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26, gündüz 31-36 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi