Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq Səhər bəzi yerlərdə duman olacaq
Ekologiya
13 İyul , 2016 12:25
Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

Bakı. 13 iyul. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, iyulun 14-də paytaxt və yarımadada əsən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23 dərəcə, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 21-23 dərəcə, gündüz 30-32 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin  əsasən yağmursuz olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq.  

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi