Sabah Bakıda 29, rayonlarda 35 dərəcə isti olacaq

Sabah Bakıda 29, rayonlarda 35 dərəcə isti olacaq Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir
Ekologiya
8 İyul , 2016 12:37
Sabah Bakıda 29, rayonlarda 35 dərəcə isti olacaq

Bakı. 8 iyul. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında iyulun 9-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 26-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, iyulun 9-da Abşeron yarımadasında meteoroloji amillərin xeyli tərəddüdü və güclü xəzri küləyi meteohəssas insanlarda narahatlıq yaratsa da, havanın temperaturunun bir qədər aşağı enməsi müsbət amildir.

Son xəbərlər

Orphus sistemi