Sabah Bakıda 29 dərəcə isti olacaq

Sabah Bakıda 29 dərəcə isti olacaq Dağlıq ərazilərdə şimşək çaxacaq, yağış yağacaq
Ekologiya
13 Sentyabr , 2016 12:18
Sabah Bakıda 29 dərəcə isti olacaq

Bakı. 13 sentyabr. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, sentyabrın 14-də paytaxt və yarımadada cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-29, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.    

Son xəbərlər

Orphus sistemi