Sabah Bakıda 27 dərəcə isti olacaq

Sabah Bakıda 27 dərəcə isti olacaq Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək
Ekologiya
20 Avqust , 2015 12:59
Sabah Bakıda 27 dərəcə isti olacaq

Bakı. 20 avqust. REPORT.AZ/ Sabah Bakıda 27 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən dəyişkən buludlu, yağmursuz olacaq, arabir tutulacaq. Güclü şimal-qərb küləyi əsəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 20-23, gündüz 24-28 dərəcə isti olacaq. Bakıda havanın temperaturu gecə 21-23, gündüz 25-27 dərəcə isti olacaq.

Sabah Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 26-31, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi