Yuxarı

Sabah Bakıda 25 dərəcə isti olacaq

Rayonlarda isə 27 dərəcə isti olacağı gözlənilir

Bakı. 27 aprel. REPORT.AZ/ Aprelin 28-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında bəzən şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-15, gündüz 18-23, bəzi yerlərdə 27 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi