Bakı. 20 aprel. REPORT.AZ/ Aprelin 21-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Sabah Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacağı gözlənilir.