Yuxarı

Sabah Bakıda 12 dərəcə isti olacaq

Azərbaycan rayonlarında da hava şəraiti əsasən yağmursuz olacaq

Bakı. 5 fevral. REPORT.AZ/ Cümə gününə Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a verilən məlumata görə, fevralın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman və çiskin olma ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-12 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında da hava şəraitinin əsasən yağmursuz, gecə və səhər saatlarında bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskin olacağı gözlənilir. Cənub küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi