​Sabah Azərbaycanın bəzi yerlərində hava şaxtalı olacaq

​Sabah Azərbaycanın bəzi yerlərində hava şaxtalı olacaq Bakıda və Abşeron yarımadasında şimal-şərq küləyi əsəcək
Ekologiya
28 Oktyabr , 2014 13:38
​Sabah Azərbaycanın bəzi yerlərində hava şaxtalı olacaq

Bakı. 28 oktyabr. REPORT.AZ/ Oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın səhər çiskinli olacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Bu barədə “Report”a Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-10, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Oktyabrın 29-da Azərbaycanın rayonlarında isə bəzi yerlərdə duman, çiskin olacağı, şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi