Sabah Azərbaycanın rayonlarında şimşək çaxacaq, yağış yağacaq

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacaq, yağış yağacaq Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacaq, gündüz yağışda fasilə olacaq
Ekologiya
28 Sentyabr , 2016 12:33
Sabah Azərbaycanın rayonlarında şimşək çaxacaq, yağış yağacaq

Bakı. 28 sentyabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacaq, gündüz yağışda fasilə olacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 18-22 dərəcə isti, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 29-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntılarda qısa müddətə fasilə yaranacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 11-16, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi