Sabah Azərbaycanın rayonlarında 38 dərəcə isti olacaq

Sabah Azərbaycanın rayonlarında 38 dərəcə isti olacaq Gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir
Ekologiya
17 Avqust , 2015 12:44
Sabah Azərbaycanın rayonlarında 38 dərəcə isti olacaq

Bakı. 17 avqust. REPORT. AZ/ Sabah Azərbaycanın rayonlarında 38 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Avqustun 18-də Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 34-35 dərəcə isti olacaq. Bakıda havanın temperaturu gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi