Yuxarı

Sabaha olan hava proqnozu açıqlanıb

Dekabrın 30-da Bakıda buludlu hava şəraiti üstünlük təşkil edəcək

Bakı. 29 dekabr. REPORT.AZ/ Sabah Bakıda buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, dekabrın 30-də Bakıda və Abşeron yarımadasında səhər zəif duman olacağı, axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi günün ikinci yarısında güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.

Gündüz şimal və qərb rayonlarından başlayaraq yağış, sulu qar, qar yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi