Sabah Azərbaycanın bəzi rayonlarında leysan yağışlar yağacaq, şimşək çaxacaq

Sabah Azərbaycanın bəzi rayonlarında leysan yağışlar yağacaq, şimşək çaxacaq Bakıda 26 dərəcə isti olacaq, bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var
Ekologiya
16 Sentyabr , 2015 13:03
Sabah Azərbaycanın bəzi rayonlarında leysan yağışlar yağacaq, şimşək çaxacaq

Bakı. 16 sentyabr. REPORT.AZ/ Sabah Bakıda 26 dərəcə isti olacaq. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 23-26, Bakıda gecə 20-22, gündüz 24-26 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olması ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 24-28, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi