​Sabah Azərbaycanın bəzi rayonlarında leysan xarakterli yağış və dolu yağacaq

​Sabah Azərbaycanın bəzi rayonlarında leysan xarakterli yağış və dolu yağacaq Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir
Ekologiya
19 May , 2016 12:27
​Sabah Azərbaycanın bəzi rayonlarında leysan xarakterli yağış və dolu yağacaq

Bakı. 19 may. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 18-23, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında mayın 20-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 19-24, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi