Sabah Azərbaycanın bəzi rayonlarına qar yağacaq

Sabah Azərbaycanın bəzi rayonlarına qar yağacaq Ölkədə qeyri-sabit hava şəraiti martın 31-nə kimi davam edəcək
Ekologiya
29 Mart , 2015 13:17
Sabah Azərbaycanın bəzi rayonlarına qar yağacaq

Bakı. 29 mart. REPORT.AZ/ Martın 30-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı ehtimal olunur. Ölkədə qeyri-sabit hava şəraiti martın 31-nə kimi davam edəcək.

Son xəbərlər

Orphus sistemi