Sabah Azərbaycanda 20 dərəcə isti olacaq

Sabah Azərbaycanda 20 dərəcə isti olacaq Bakıda havanın temperaturunun gecə 5-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir
Ekologiya
6 Aprel , 2015 12:49
Sabah Azərbaycanda 20 dərəcə isti olacaq

Bakı. 6 aprel. REPORT.AZ/ Aprelin 7-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Gündüz cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 11-16 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 15-20, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi