Yuxarı
    Bağlamaq

    Azərbaycanda yağmurlu hava şəraiti sabah da davam edəcək - PROQNOZ

    Bakıda gecə 6-8, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir

    Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir.

    “Report” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 18-də bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 6-8, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-9, gündüz 9-14 dərəcə, dağlarda gecə 3 dərəcə şaxtadan 2dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi