Sabah Azərbaycanda qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq

Sabah Azərbaycanda qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək
Ekologiya
26 Yanvar , 2018 12:48
Sabah Azərbaycanda qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanda yanvarın 27-də müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqinormadan yüksək 772 mm civə sütunundan 778 mm civə sütununa yüksələcək, nisbi rütubət85-95faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 27-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5dərəcə şaxta olacağı gözlənilir. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. 

Son xəbərlər

Orphus sistemi