Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Bakıda gündüz 6-8 dərəcə isti olacağı gözlənilir
Ekologiya
29 Yanvar , 2015 12:27
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Yanvarın 30-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, günün ikinci yarısında bəzi yerlərdə çiskin olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şimal küləyi əsəcək, günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1-3, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycan rayonlarında havanın əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı, lakin axşama doğru bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcədən 7 dərəcəyə qədər isti olacağı gözlənilir

Son xəbərlər

Orphus sistemi