Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Yaxın iki gün ərzində Abşeron yarımadasında əlverişli olan komfort hava şəraiti gözlənilir
Ekologiya
28 Aprel , 2015 12:35
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 28 aprel. REPORT.AZ/ Aprelin 29-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam bəzi yerlərdə zəif duman olacaq. Şimal qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-13, gündüz 15-20, bəzi yerlərdə 22 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və gündüz bəzi yerlərdə duman olacaq. Qərb rayonlarında çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, bəzi yerlərdə 26 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir. Bəzi yerlərdə 20 dərəcəyədək isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın iki gün ərzində Abşeron yarımadasında əlverişli olan komfort hava şəraiti gözlənilir.

Son xəbərlər

Orphus sistemi