Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Rayonlarda 39 dərəcə isti olacaq
Ekologiya
22 İyun , 2015 12:31
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 22 iyun. REPORT.AZ/ Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, iyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, amma gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə isə 25-26 dərəcə isti təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi