Yuxarı

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir

Bakı. 13 aprel. REPORT.AZ/ Aprelin 14-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı, gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin arabir yağışlı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 6-11 isti olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi