Sabah Azərbaycanda mülayim yaz havası proqnozlaşdırılır

Sabah Azərbaycanda mülayim yaz havası proqnozlaşdırılır Bəzi rayonlarda 19 dərəcə isti olacaq
Ekologiya
26 Mart , 2015 12:12
Sabah Azərbaycanda mülayim yaz havası proqnozlaşdırılır

Bakı. 26 mart. REPORT.AZ/ Həftənin cümə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 11-16 dərəcə isti olacaq.

Martın 27-də Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteroloji proqnoza gəlincə, martın 27-si və 28-də Abşeron yarımadasında mülayim yaz havası və komfort temperatur şəraiti əhaliyə xoş təsir bağışlayacaq. 

Son xəbərlər

Orphus sistemi