Sabah Azərbaycanda havanın temperaturu yüksələcək

Sabah Azərbaycanda havanın temperaturu yüksələcək Hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya
22 Aprel , 2016 11:09
Sabah Azərbaycanda havanın temperaturu yüksələcək

Bakı. 22 aprel. REPORT.AZ/ Həftənin şənbə günü hava şəraitinin Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah paytaxt və yarımadada gündüz mülayim cənub küləyinin arabir güclənəcəyi ehtimalı var.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 15-19, Bakıda gecə 8-10, gündüz 17-19 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq rayonlarında isə qisamüddətli yağış yağacağı gözlənilir.

Cənub-qərb küləyi əsəcək, gündüz saatlarında bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi