Sabah Azərbaycanda havanın temperaturu düşəcək, şimşək çaxacaq, yağış yağacaq

Sabah Azərbaycanda havanın temperaturu düşəcək, şimşək çaxacaq, yağış yağacaq Bakıda güclü külək əsəcək
Ekologiya
6 İyul , 2015 12:31
Sabah Azərbaycanda havanın temperaturu düşəcək, şimşək çaxacaq, yağış yağacaq

Bakı. 6 iyul. REPORT.AZ/ İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, sabah paytaxtda şimal-qərb küləyi əsəcək, gecə və səhər yarımadanın bəzi yerlərində güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 27-32 dərəcə isti olacaq.

İyulun 7-də Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlədə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 32-37, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi