Sabah Azərbaycanda havanın temperaturu aşağı düşəcək

Sabah Azərbaycanda havanın temperaturu aşağı düşəcək Səhər ayrı-ayrı yerlərdə duman olacaq
Ekologiya
21 Sentyabr , 2016 12:32
Sabah Azərbaycanda havanın temperaturu aşağı düşəcək

Bakı. 21 sentyabr. REPORT.AZ/ Sabah, sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, sabah paytaxt və yarımadada əsən güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 19-21, gündüz 23-27, Bakıda gecə 19-21, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi