Yuxarı
    Bağlamaq

    Sabah Azərbaycanda havanın temperaturu 43 dərəcəyədək yüksələcək

    ​İyulun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti az buludlu, yağmursuz olacaq

    Bakı. 18 iyul. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti az buludlu, yağmursuz olacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə iyulun 19-da paytaxt və yarımadada cənub küləyi əsəcək.

    Abşeron yarımadasındasında havanın temperaturunun gecə 22-27, gündüz 34-39° isti, Bakıda gecə 24-26, gündüz 36-38° isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 30-40 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 22-27° isti, gündüz 37-40°, bəzi yerlərdə 43° isti, dağlarda gecə 16-21° isti, gündüz 28-33° isti olacaq. 

    Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22°, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi