Sabah Azərbaycanda havanın temperaturu 42 dərəcəyə yüksələcək

Sabah Azərbaycanda havanın temperaturu 42 dərəcəyə yüksələcək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək
Ekologiya
29 İyun , 2015 13:09
Sabah Azərbaycanda havanın temperaturu 42 dərəcəyə yüksələcək

Bakı. 29 iyun. REPORT.AZ/ İyunun 30-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 22-25, gündüz 32-37 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi