Sabah Azərbaycanda havanın temperaturu 22 dərəcəyədək artacaq

Sabah Azərbaycanda havanın temperaturu 22 dərəcəyədək artacaq Rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək
Ekologiya
17 Oktyabr , 2017 12:21
Sabah Azərbaycanda havanın temperaturu 22 dərəcəyədək artacaq

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, oktyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı gözlənilir. Əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-20° isti, Bakıda gecə 10-12°, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi